"Maribor" - "Qəbələ" matçında məşhur hakim söz sahibi olacaq

Avropa Liqasının "pley-off" mərhələsində keçiriləcək "Maribor" - "Qəbələ" görüşünün hakimi müəyyənləşib. SportLine.az  UEFA-nın saytına istinadən xəbər verir ki,  qarşılaşmanı  Viktor Kaşşainin başçılıq etdiyi macarıstanlı hakimlər briqadası idarə edəcək. Ona Györgi Ring və Vensel Töt köməklik edəcək. Dördüncü hakim funksiyasını Tamas Boqnar yerinə yetirəcək. 

Qeyd edək ki, "Maribor" - "Qəbələ" oyunu avqustun 25-i  Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Banner