"Maribor" - "Qəbələ" matçının başlanma saatı müəyyənləşdi

UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək "Maribor" - "Qəbələ" görüşünün başlanma saatı açıqlanıb. SportLine.az xəbər verir ki, avqustun 25-inə planlaşdırılan oyun Bakı vaxtı ilə saat 21:15-də başlanacaq.

Matç Maribor şəhərindəki 12700 tamaşaçı tutumuna malik "Lyudski vrt" stadionunda keçiriləcək.

Qeyd edək ki, ilk görüş avqustun 18-də Bakıda olacaq.