Mario Lemina İstanbul nəhənginə transfer olacaq
"Qalatasaray" "Vulverhempton"un qabonlu futbolçusu Mario Leminanı heyətinə qatıb.
Sportline.az xəbər verir ki, bu haqda insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
Leminanın "Vulverhempton"la müqaviləsi mövsümün sonunda başa çatacaq.
Qeyd edək ki, 31 yaşlı futbolçunun hazır ki dəyəri "Transfermarkt" portalına görə təxminən 10 milyon avro olaraq qiymətləndirilir.
O cari mövsüm çıxış etdiyi 19 matçda 1 qol və 3 asistlə yadda qalıb.