Mariya Şarapovadan nümunəvi addım

Rusiyalı tennisçi Mariya Şarapova Avstraliyadakı meşə yanğınları ilə mübarizəyə 25 min dollar vəsait ayırıb.

Sportline.az xəbər verir ki, bu barədə o, Tvitter səhifəsində yazıb: “Son 15 ildə Avstraliya yanvarda bir aylıq mənim evim olurdu (bu müddət ərzində “Australian Open” keçirilir – red.). Yanğınların torpaqları, gözəl ailələri və heyvanları necə məhv etdiyini görmək çox ağırdır. Mən 25 min dollar məbləğində ianə etmək istərdim”.

Qeyd edək ki, yanğınlar nəticəsində 6 milyon hektar meşə, 2 minə yaxın yaşayış evi və 3 min inzibati və təsərrüfat tikililəri məhv olub. Bundan başqa, yanğında 23 sakin, 3 yanğınsöndürən, 8 minədək koala, yüz minlərlə digər növ heyvanlar ölüb, 6 insan itkin düşüb.