Mariya Stadnik mübarizəyə inamla başladı

Güləşçimiz Mariya Stadnik “Minsk 2019” II Avropa Oyunlarında yarımfinala yüksəlib.

Sportline.az xəbər verir ki, 50 kq çəkidə çıxış edən olimpiya mükafatçısı, polşalı Anna Lukasiaka  qalib gəlib - 10:0.

O, rəqibini 52 saniyəyə məğlub edib. 

Stadnik yarımfinalda türkiyəli Evin Demirhanla qarşılaşacaq.