Mark Gehi Mançester klubunun diqqət mərkəzindədir
"Mançester Siti"nin rəhbərliyi müdafiəni gücləndirmək niyyətindədir.
Sportline.az "Football İnsider" nəşrinə istinadən xəbər verir ki, "Kristal Pelas"ın ingiltərəli stopperi Mark Gehi əsas hədəf kimi göstərilir.
25 yaşlı gələn ilin yayında azad agent statusunda olacaq. O, bu yay "Liverpul"a transfer olmağa yaxın olsa da, bu keçid baş tutmamışdır.
Qeyd edək ki, M.Gehi bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 22 matçda 1 qol, 4 məhsuldar ötürmə müəllifi olub.