Mark Gehi üçün 2 nəhəng klubdan təklif var

"Kristal Pelas"ın ingiltərəli futbolçusu Mark Gehi üçün 2 klubdan təklif var.

Sportline.az "Tele Football" nəşrinə istinadən xəbər verir ki, "Liverpul" və "Tottenhem" Gehinin xidmətində maraqlıdır.

25 yaşlı futbolçunun özü klubdan ayrılmaq istəsə də, rəhbərlik onu buraxmaq niyyətində deyil.

Qeyd edək ki, Gehinin dəyəri 45 milyon avrodur.