Mark Quehi üçün "El Klassiko"

“Real Madrid”"Kristal Pelas" klubunun futbolçusu Mark Quehinin xidmətində maraqlıdır.

Sportline.az xəbər verir ki, İspaniya nəhəngi mövsümün fasiləsində transferi reallaşdırmaq istəyir.

"AS" nəşrinin məlumatına görə, “Barselona”,“Bavariya” və “Liverpul” klubu da futbolçunu transfer etmək istəyir.

Qeyd edək ki, Mark Quehinin "Kristal Pelas"la müqaviləsi 2026-cı ildə yekunlaşır.

Futbolçu bu mövsüm 28 oyunda 3 dəfə fərqlənib və 4 məhsuldar ötürmə edib.