“Marsel” “Ayaks”ı qəbul edəcək
UEFA Çempionlar Liqasının Liqa mərhələsində 2-ci tura start verilir.
Sportline.az xəbər verir ki, "Marsel" doğma meydanda "Ayaks"la qarşılaşacaq.
Hər iki klubda itkilər var. "Marsel"də Cefri Kondobia, Hamed Traore, "Ayaks"da isə Branko van den Boomen və Kasper Dolberq zədə səbəbindən meydana çıxa bilməyəcək.
Qeyd edək ki, "Marsel" - "Ayaks" oyununu ingiltərəli hakim Entoni Teylor idarə edəcək.
Görüş Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.