"Marsel" baş məşqçisi ilə vidalaşdı

"Marsel" baş məşqçisi Roberto De Zerbi ilə yollarını ayırıb.

Sportline.az xəbər verir ki, bu haqda klubun rəsmi saytı məlumat yayıb.

Fransa klubunun rəhbərliyi 46 yaşlı mütəxəsisin işindən narazı idi.

Qeyd edək ki, "Marsel" Liqa 1-də 39 xalla 4-cü pillədə yer alır.