"Marsel" "Çelsi"nin futbolçusunu hədəfə alıb
"Marsel" klubu "Çelsi"nin müdafiəçisi Benua Badyaşilinin xidmətində maraqlıdır.
Sportline.az xəbər verir ki, bu haqda jurnalist Ekrem Konur X sosial şəbəkəsində məlumat paylaşıb.
Onun sözlərinə görə, mümkün transferlə bağlı tərəflər arasında danışıqlar davam edir.
Qeyd edək ki, "Yuventus" da 23 yaşlı futbolçunu heyətə qatmaq niyyətindədir.
2030-cu ilədək "Marsel"lə müqaviləsi olan Budyaşilin transfer dəyəri 30 milyon avrodur.