"Marsel" futbolçusu ilə yollarını ayırır

Nizam-intizam qaydalarını pozduğu üçün "Marsel"in əsas heyətindən uzaqlaşdırılan Adrien Rabyo karyerasını yenidən İtaliyada davam etdirə bilər.

Sportline.az xəbər verir ki, fransalı yarımmüdafiəçiyə "Milan" maraq göstərir. Bu barədə "Fichajes" nəşri xəbər yayıb.

"Qırmızı-qaralar"ın çalışdırıcısı Massimiliano Alleqri Rabyonu yenidən komandasında görmək niyyətindədir.

Qeyd edək ki, Rabyo daha əvvəl Alleqrinin rəhbərliyi altında "Yuventus"da çıxış edib. "Milan" 30 yaşlı yarımmüdafiəçi üçün Fransa təmsilçisi ilə danışıqlara başlamağa yaxındır.