Mateta İtaliya nəhənginin radarında
"Yuventus" Matetanı transfer etmək niyyətindədir.
Sportline.az xəbər verir ki, Turin klubu fransalı forvardın oyununu çox bəyənir.
Bu haqda "Tutto sport" nəşri məlumat yayıb.
Qeyd edək ki, Mateta cari mövsüm meydana çıxdığı 34 matçda 10 qol, 2 asistlə yadda qalıb.