Mats Hummels "Bavariya"da

"Bavariya" daha bir futbolçu ilə heyətini gücləndirib. SportLine.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Dortmund "Borussiya"sının kapitanı Mats Hummels bundan sonra Münhen təmsilçisinin uğurları üçün çalışacaq. 

27 yaşlı oyunçu ilə 5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, müdafiəçi 2008-ci ildən "Borussiya"nın şərəfini qoruyurdu.