Məşhur futbolçu "Fənərbağça"ya transfer olunacaq
"Latsio"nun yarımmüdafiəçisi Matteo Gündizi karyerasını "Fənərbağça"da davam etdirəcək.
Sportline.az xəbər verir ki, bu haqda "Lequipe" nəşri məlumat yayıb.
26 yaşlı futbolçu bu mövsüm meydana çıxdığı 16 matçda 2 qol, 1 asistlə yadda qalıb.
Qeyd edək ki, M.Gündizinin dəyəri 28 milyon avrodur.