Maxaçev mövqeyini qoruyub

UFC-nin yüngül çəkili çempionu İslam Maxaçev "MMAFighting" nəşrinin versiyasına görə reytinq cədvəlinin 1-ci pilləsində qərarlaşıb.

Sportline.az xəbər verir ki, bu reytinq çəki dərəcəsindən asılı olmayaraq tərtib olunur.

Hazırda Maxaçevin aktivində 26 qələbə, 1 məğlubiyyət var.

Qeyd edək ki, reytinqin "ilk üçlüyündə" həmçinin Aleks Pereyra ilə Leon Edvards yer alır.