Mayeda “Seltik”dən ayrılmaqda israrlıdır
"Seltik"in yaponiyalı oyunçusu Dayzen Mayeda yanvar ayında klubdan ayrılmaq istədiyini rəhbərliyə bildirib.
Sportline.az xəbər verir ki, sözügedən futbolçu İngiltərə Premyer Liqasında çıxış etmək istəyir.
"Team Talk" nəşrinin yaydığı məlumata əsasən, "Brentford", "Everton" və "Lids Yunayted" 28 yaşlı sol cinah vingerini transfer etmək niyyətindədir.
Qeyd edək ki, Mayedanın dəyəri 15 milyon avrodur.
O, cari mövsüm meydana çıxdığı 17 oyunda 4 qol, 2 asistlə yadda qalıb.