Mayk Menyan "Milan"da qalacaq

"Milan"ın fransalı qapıçısı Mayk Menya kluba yeni müqavilə imzalayacaq.

Sportline.az xəbər verir ki, fransalı kiper ən azı 2031-ci ilin yayına qədər "rossonerilər"in şərəfini qorumağa davam edəcək.

Bu haqda insayder Fabrizio Romano məlumat yayıb.

Qeyd edək ki, M.Menyan cari mövsüm meydana çıxdığı 25 matçda qapısında 20 top görüb.