Mayk Tayson 2021-ci ildə döyüşə hazır olduğunu bildirib
Amerika boksçusu Mayk Tayson təkbətək döyüşlər keçirməyə davam edəcəyini təsdiqləyib.
Sportline.az xəbər verir ki, bu barədə “TalkSport” idmançının instaqram hesabındakı birbaşa yayımından sitat gətirib.
54 yaşlı Tayson bildirib ki, o, başqa boks veteranlarının çıxışa hazırlığından təsirlənib. O, qeyd edib ki, 2021-ci ildə yenidən döyüşəcək. Tayson vurğulayıb ki, "bu dəfə o, daha yaxşı görünəcək".
Tayson rinqə noyabrda qayıdıb. Onun boks üzrə başqa sabiq-dünya çempionu Rom Consla təkbətək döyüşü heç-heçə qurtarıb. Hər iki boksçu bu halda döyüşün nəticələrini qəbul etməkdən imtina edib.