MBA-da günün icmalı

Amerika Milli Basketbol Assosiasiyasının pley-offunda ¼ finalın oyunları keçirilir.

Sportline.az xəbər verir ki, “Toronto Reptors” – “Filadelfiya Seventi Siksers” görüşünə qonaqlar daha faəl başlayıblar. Filadelfiya komandası ilk periodda qalib gəlib. 26:17. İkinci hissədə də rəqibindən üstün olan “Seventi Siksers” böyük fasiləyə 13 xal fərqlə öndə yollanıb. 51:38.

3-cü periodda üstünlüyü ələ alan meydan sahibləri fərqi azaldıblar. 63:69. Sonuncu periodda 1 xal fərqlə qələbə qazanan “Toronto Reptors” ümumi hesabda azarkeşlərini məyus edib. 94-89 hesabıyla qalib gələn “Filadelfiya Seventi Siksers” komandası seriyada hesabı bərabərləşdirib. 1-1.