MBA-da günün icmalı

Amerika Milli Basketbol Assosiasiyasında pley-off mərhələsinin növbəti oyunları olub.

Sportline.az xəbər verir ki, 1/8 finalda mübarizə aparan “Qolden Steyt Uorriors” ilk görüşündə "Los Anceles Klippers"lə üz-üzə gəlib. Oyuna meydan sahibləri daha fəal başlayıblar və ilk hissəni  36-27 hesabıyla öndə başa vurublar. İkinci periodda Qolden Steyt basketbolçuları seviniblər. 33-29. Böyük fasilədən sonrada üstünlüyü əldən verməyən yerli komanda bu dəfə də yaxşı çıxış edib. Sonuncu periodda qonaqlar 25-23 hesabıla qalib gəlsələr də, məğlubiyyətdən xilas ola bilməyiblər. “Qolden Steyt Uorriors” 121, “Los Anceles Klippers” 121.

Gecənin daha bir maraqlı görüşü “Toronto Reptors” və “Orlando Mecik” arasında olub. İlk hissəni 30-25 hesabıyla meydan sahibləri irəlidə başa vursalarda , ikinci periodda məğlub olublar. 19-32. Beləliklə, Orlando basketbolçuları böyük fasiləyə 57-49 hesabilə üstün yollanıblar. 3-cü periodda Toronto klubu qalib gəlsə də, sonuncu hissədə məğlub olub. Yekunda qonaqlar qələbə qazanıblar. “Toronto Reptors” 101, “Orlando Mecik” 104.

“Denver Naqqets” – “San Antonio Spörs” görüşündə isə qonaqlar 101:96 hesablı qələbəyə seviniblər.