MBA-da günün nəticələri

Amerika Milli Basketbol Assosiasiyasının pley-off mərhələsində 1/8 finalın oyunları davam edir.

Sportline.az xəbər verir ki, “Detroyt Pistons”un qonağı olan “Miluoki Baks” ilk periodu qalib başa vurub – 32:24. Qonaqlar ikinci hissədə də rəqibindən üstün olublar. Miloki basketbolçuları fasiləyə 13 xal fərqlə öndə yollanıblar. 67-54. Meydan sahibləri çox çalışsalar da, 3-cü periodda da yerli azarkeşləri məyus ediblər. Yalnız sonuncu hissədə rəqibindən üstün olan Detroyt komandası yekun hesabda məğlub olub. “Detroyt Pistons” – “Miluoki Baks”: 103-119. Bununla da, Miluoki basketbolçuları 1/8 finalın hər 3 oyununda qələbə qazanıblar.

Digər görüşlərdə isə “Denver Naqqets” – “San Antonio Spörs”ü 117-103, “Hyuston Rokets” – “Yuta Cazz”ı 104-101 hesabıyla məğlub edib.