MBA-da mübarizə yekunlaşmaq üzrədir

Milli Basketbol Assosasiyasında yarımfinalın ilk oyunu keçirilib

Sportline.az xəbər verir ki, “Qolden Steyt Uorriors” komandası “Portlend Treyl Bleyzerzs”i qəbul edib.

Matça meydan sahibləri daha yaxşı başlayıblar. İlk periodlarda 27-23 və 27-22 hesabları ilə üstünlük qazanan “Qolden Steyt” böyük fasiləyə qalib yollanıb. 54-43.

3-cü periodda təşəbbüsə yiyələnən “Portland Treyl Bleyzerzs” hissəni öz xeyrinə başa vurub.  26-23. Lakin həlledici periodda “Qolden Steyt” qonaqların oyunda dönüş etməsinə imkan verməyib.

Beləliklə, 116-94 hesab ilə qələbə qazanan “Qolden Steyt” seriyada irəli çıxıb.1-0 Komandanın heyətində fəallığı ilə seçilən Stefan Körri görüşün ən yaxşı oyunçusu olub.

Qeyd edək ki, komandaların növbəti görüşü mayın 17-də keçiriləcək.