MBA: "Toronto Reptors" "Portlend Treyl Bleyzers"i üstələdi

Amerika Milli Basketbol Assosiasiyasının müntəzəm çempionatında mübarizə davam edir. SportLine.az xəbər verir ki, növbəti gündə azarkeşlər daha 7 matça şahid olublar.

Favoritlərdən "Milouki Baks" "Los Anceles Leykers"lə görüşdə fanatlarını sevindirib. "Toronto Reptors" gərgin mübarizənin sonunda "Portlend Treyl Bleyzers"i məğlub edib.

Nəticələri diqqətinizə çatdırırıq:

"Atlanta Houks" - "Çikaqo Bulls" - 161:168 (əlavə vaxtda)

"Bruklin Nets" - "Şarlott Hornets" - 112:123

"Boston Seltiks" - "Vaşinqton Uizards" - 107:96

"Toronto Reptors" - "Portlend Treyl Bleyzers" - 119:117

"Feniks Sans" - "Nyu Orleans Pelikans" - 116:130

"Sakramento Kinqs" - "Los Anceles Klippers" - 109:116

"Los Anceles Leykers" - "Milouki Baks" - 120:131