Mbappe 3 həftə olmayacaq
“Real Madrid”ın hücumçusu Kilian Mbappe üç həftə olmayacaq.
Sportline.az xəbər verir ki, Fransa millisinin üzvü zədəsini dekabr ayından bəri hiss etməməyə çalışır və bu problem ilk dəfə “Selta Viqo” ilə evdə 0:2 hesablı məğlubiyyətdən sonra ortaya çıxıb.
Mbappe bu müddət ərzində La Liqada “Xetafe” ilə keçiriləcək qarşılaşma da daxil olmaqla bir neçə vacib oyunu buraxacaq.
Klubun hədəfi onun Çempionlar Liqası 1/8 final mərhələsinin cavab oyunu üçün – “Mançester Siti”yə qarşı matçda komandasına dönməsidir.