Mbappe Ester Ekspozito ilə sevgilidir
"Real Madrid"in fransız ulduzu Kilian Mbappe və məşhur "Elite" serialının aktrisası Ester Exposito ilə arasındakı eşq iddiaları dünya maqazin gündəmini silkələyir.
Sportline.az xəbər verir ki, cütlüyün Parisdə səmimi görüntüləri yayılıb.
Dünya ən bahalı oyunçularından biri olan Kilian Mbappe (27 yaş), şəxsi həyatı ilə yenidən diqqət mərkəzindədir.
Uzun müddətdir zədə səbəbindən yaşıl meydanlardan uzaq qalan futbolçunun, qəlbinin yeni sahibinin məşhur ispan aktrisa Ester Exposito (26 yaş) olduğu iddia edilir.
Məşhur blogger Aqababe tərəfindən paylaşılan məlumatlara görə, cütlük Parisin ən prestijli məkanlarından biri olan Pullman Hotelin "10th Heaven" barında görüntülənib.
Şahidlərin sözlərinə görə, Mbappe və Exposito bütün gecəni birlikdə keçirib və səmimi şəkildə öpüşərkən kameralara tuş gəliblər.
İddialara görə, bu münasibət yeni deyil. Cütlüyün ilk dəfə 25 fevral tarixində Madriddəki "Tatel" restoranında bir yerdə şam etdiyi bildirilir.
Son olaraq isə Mbappenin Parisdən Madridə qayıdarkən şəxsi təyyarəsində Ester Expositonun da olduğu və onların eyni avtomobillə oteli tərk etdikləri videolarla təsdiqlənib.
