Mbappe həftənin ən yaxşısı seçildi

UEFA Çempionlar Liqasının 2-ci turunda həftənin ən yaxşı futbolçusu bəlli olub.

Sportline.az turnirin mətbuat xidmətinə istinadən xəbər verir ki, azarkeşlər arasında keçirilən səsvermənin nəticəsinə görə “Real”ın hücumçusu Kilian Mbappe mükafata layiq görülüb.

Fransalı futbolçu səsvermədə “Mançester Siti”nin oyunçusu Erlinq Halandı, “Napoli”dən Rasmus Hoylundu və “Budo-Qlimt”in üzvü Yens-Petter Heuqu geridə qoyub.

Mbappe “Real”ın səfərdə “Kayrat” üzərində 5:0 hesabı ilə qalib gəldiyi görüşdə het-trik müəllifi olub.