Mbappe Los Anceles klubunda

Fransa millisinin 20 yaşlı hücumçusu Kilian Mbappe Kaliforniya ştatının Los Anceles şəhərinə səfər edib.

Sportline.az xəbər verir ki, o, Əsas Beysbol Liqasının “Los Anceles Dodcers” – “Çikaqo Kabs” görüşündən öncə meydan sahibini muzeyini ziyarət edib. “Pari Sen-Jermen”in üzvü daha sonra Los Anceles beysbolçuları ilə görüşüb. Tanışlıqdan sonra meydana çıxan Mbappe bu dəfə özünü beysbol idman növündə sınayıb. Onun hərəkətlərini “Dodcer” stadionuna toplaşan 54 minə yaxın azarkeş izləyib.

Daha sonra görüş başlanıb. 3-2 hesabı ilə qələbə qazanan “Los Anceles Dodcers” komandası yarış cədvəlinin lideridir.