Mbappe PSJ-ni şikayət edib
PSJ-nin sabiq hücumçusu Kilian Mbappe maaşının gecikdirilməsi ilə bağlı Fransa Peşəkar Futbol Liqasının (LFP) İntizam Komitəsinə müraciət edib.
Sportline.az "RMC" agentliyinə istinadən xəbər verir ki, məsələ ilə bağlı yığıncaq dekabrın 11-də keçiriləcək.
25 yaşlı hücumçu əvvəlki müqaviləsinə əsasən sabiq klubunun ona 55 milyon avro ödəməsini tələb edir. Sözügedən məsələdə futbolçu haqlı hesab olunarsa, LFP Paris təmsilçisinə transfer qadağası qoya bilər.
Qeyd edək ki, Kilian Mbappe 2018-2024-cü illərdə PSJ-də çıxış edib. O, ötən mövsümün sonunda azad agent kimi İspaniyanın "Real" (Madrid) klubu ilə müqavilə imzalayıb.