Mbappe "Real"a keçmək istəyir
"Monako"nun gənc ulduzu Kilian Mbappe uğrunda Avropa nəhənglərinin mübarizəsi səngimək bilmir. SportLine.az "Marca"ya istinadən xəbər verir ki, futbolçu özü karyerasını İspaniyada, daha dəqiq desək, Madrid "Real"ında davam etdirmək niyyətindədir.
Meneceri ilə danışan 18 yaşlı futbolçu "kral klubu" ilə məsələni həll etməyi tapşırıb.
Tərəflər razılığa gəlsələr, KMbappe növbəti mövsümdən La Liqada çıxış edəcək.