Mbappe tarixə düşdü
UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində "Yuventus"a qarşı matçda fərqlənən Kilian Mbappe adını turnirin tarixinə yazdırıb. SportLine.az xəbər verir ki, Buffonu məyus edən "Monako"nun ulduzu Çempionlar Liqasının yarımfinal mərhələsində fərqlənən ən gənc futbolçu olub.
O, 18 yaş 140 günlüyündə rəqibi məyus edib.
Qeyd edək ki, bu qol, həm də "Yuventus"un Avrokubok yarışlarında 690 dəqiqədən sonra buraxdığı ilk qol olub.