Mbappe yenə zədələnib

“Real Madrid”in futbolçusu Kilian Mbappe zədələnib.

Sportline.az xəbər verir ki, fransalı hücumçu son oyunda bud nahiyəsindən xəsarət alıb.

İspaniya mətbuatında yayılan məlumata görə, futbolçunun mövsümün qalan hissəsini buraxa biləcəyi ehtimal olunur. Bu isə həm də qarşıdan gələn dünya çempionatı üçün böyük risk sayılır.