Mbappedən Hakimiyə dəstək

Kilian Mbappe Afrika Millətlər Kuboku matçını tribunadan izləyəcək.

Sportline.az xəbər verir ki, “Real Madrid”in hücumçusu və Fransa millisinin ulduzu Kilian Mbappe hazırda Mərakeşdədir və sabah keçiriləcək Afrika Millətlər Kuboku 2025 çərçivəsindəki Mərakeş – Mali matçını stadiondan izləyəcək.

Məlumata görə, Mbappe bu oyuna Mərakeş millisinin kapitanı Aşraf Hakiminin şəxsi dəvəti ilə qatılıb.

Futbolçunu tribunada bütün ailə üzvləri də müşayiət edəcək.