Medal qazanan güləşçilərlə görüş

Dekabrın 18-19-da Bakı İdman Sarayında yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı keçirilib.

SportLine.az xəbər verir ki, yarış başa çatdıqdan sonra Azərbaycan Güləş Federasiyasının yunan-Roma güləşi üzrə vitse-prezidenti Elçin Cəfərov və müvafiq yığmamızın məşqçilər korpusu çempionatın medalçılarıyla görüşüb. Elçin Cəfərov mükafatçıları təbrik etməklə yanaşı, əksər görüşlərdən razı qalmadığını və güləşçilərin beynəlxalq turnirlər üçün daha yüksək formada olmalarının vacibliyini qeyd edib. Baş məşqçi Şaban Donat isə gələn il yanvarın 5-dən Olimpiya Güləş Mərkəzində yığmanın təlim-məşq toplanışının start götürəcəyini pəhləvanların diqqətinə çatdırıb.

Qeyd edək ki, Azərbaycan çempionatında fəxri kürsüyə qalxan idmançılar millimizin hazırlıq prosesinə cəlb edilir.

Azərbaycan Güləş Federasiyasının məlumatı