“Barselona”ya təklif olunub

“Milan”ın hücumçusu Kristofer Nkunku “Barselona”ya təklif olunub.

Sportline.az xəbər verir ki, Kataloniya klubu hücum xəttini gücləndirmək üçün variantları nəzərdən keçirir. “Barselona”nın idman direktoru Deku da fransalı futbolçunun transferini istisna etmir.

“Milan”ın Nkunku ilə yollarını ayırmaq istəməsi bu transferi “Barselona” üçün daha əlçatan edə bilər. İtaliya klubunun forvardı satmağa hazır olduğu bildirilir.

28 yaşlı futbolçu 2025/26 mövsümündə “Milan”ın heyətində bütün turnirlərdə 35 oyuna çıxıb, 8 qol vurub və 3 məhsuldar ötürmə edib. “Transfermarkt” onun bazar dəyərini 25 milyon avro olaraq qiymətləndirir.