Çempionşipdə rekord transfer
“Vest Hem” heyətini yeni futbolçu ilə gücləndirib.
Sportline.ax xəbər verir ki, Çempionşip təmsilçisi “Seltik”dən Arne Engelsi transfer edib. 22 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.
“Vest Hem” transfer üçün 22 milyon funt-sterlinq ödəyib. Bu, Çempionşip tarixinin rekord transferidir.
Engels Belçika milli komandasının da üzvüdür.
Klub ötən mövsüm Premyer Liqanı tərk edib. “Vest Hem” bu il Çempionşipdə mübarizə aparacaq.