Medina "Vasko da Qama"nın hədəfində
Moskva "Spartak"ının futbolçusu Xesus Medina karyerasını Braziliyada davam etdirə bilər.
Sportline.az xəbər verir ki, yarımmüdafiəçi "Vasko da Qama"nın hədəfindədir.
Bu haqda "YouTube"dakı "Corujão Vascaíno" kanalında məlumat yayılıb.
Mənbənin bildirdiyinə görə, braziliyalılar paraqvaylı futbolçunu heyətə qatmaq üçün hərəkətə keçiblər.
Qeyd edək ki, bu mövsüm 19 oyuna çıxan Medina 3 qol və 2 asist müəllifidir.
Onun "Spartak"la 2026-cı ilin yayınadək müqaviləsi var.