Mehdi Tareminin adı İstanbul klubu ilə hallanır

Mehdi Taremiyə yeni klub axtarışı davam edir.

Sportline.az xəbər verir ki, yay transfer pəncərəsinin bağlanmasına bir neçə gün qalmış Mehdi Taremiyə dair vəziyyət hələ də qeyri-müəyyən olaraq qalır.

“İnter” iranlı hücumçu üçün yeni həll yolu axtarır. O, ötən il “Portu”dakı uğurlu çıxışından sonra azad agent kimi Milan klubuna qoşulmuşdu.

Bu yay ərzində Premyer Liqadan “Fulhem”, Braziliyadan Flamenqo kimi bir sıra klublar maraq göstərsə də, heç biri ciddi addım atmayıb. İndi isə ən real variantlar sırasında Niderlandın PSV komandası və Türkiyənin “Fənərbağça” klubu önə çıxır.