Məhşur ingiltərəli futbolçu Türkiyə klubunda

Bir dönəm "Tottenhem", "Nyukasl Yunayted" və KPR kimi komandaların formasını geyinən Andros Taunsend karyerasını Türkiyədə davam etdirəcək.

Sportline.az Ajansspor.com-a istinadla xəbər verir ki, "Antalyaspor" 33 yaşlı hücumçunu heyətinə cəlb edib.

Tərəflər arasında 2026-cı ilə qədər razılıq əldə olunub.

Son olaraq "Luton Taun"un şərəfini qoruyan təcrübəli oyunçu ötən mövsüm 31 oyunda 1 qol vurub, 3 asist edib.

Qeyd edək ki, 13 dəfə İngiltərə millisinin formasını geyinən Taunsend bu matçlarda 3 qol vurub.