Meksika millisinin məşqçisi yaralanıb
Meksika – Honduras matçında xoşagəlməz hadisə yaşanıb.
Sportline.az xəbər verir ki, Meksika millisinin baş məşqçisi Xavyer Aqirre oyun zamanı başından xəsarət alıb. Trubunadan pivə bankası onun başına dəyib.
Hadisə KONKAKAF Millətlər Liqasının ¼ finalında baş verib. Görüş Honduras millisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.