Mənsimov qərarını verdi: "Xəzər Lənkəran" da tarixin yaddaşına köçdü

“Xəzər Lənkəran” Futbol Klubu çempionatda iştirakını dayandırıb. SportLine.az klubun rəsmi saytına istinadən xəbər verir ki, fəxri prezident  Mübariz Mənsimovun başçılığı ilə klub rəhbərliyinin iclası keçirilmişdir. İclasda klubun fəaliyyətinin bütün istiqamətləri müzakirə olunmuş, hər bir fəaliyyət istiqaməti hazırda mövcüd olan reallıqlara uyğun olaraq qiymətləndirilmişdir.

İclasın yekununda qərara alınmışdır ki, “Xəzər Lənkəran” Futbol Klubu əsas komanda olaraq Azərbaycan çempionatlarında iştirakını dayandırsın. Bununla belə, klub Azərbaycan futbol ailəsinin üzvü olaraq qalacaq və aşağı yaş qrupları üzrə fəaliyyətini davam etdirəcək. Növbəti mövsüm üçün “Xəzər Lənkəran” FK AFFA bayrağı altında keçirilən müəyyən aşağı yaş liqalarında iştiraka dair assosiasiyaya müraciət edəcək. Aşağı yaş qruplarının strukturunun və heyətinin yenidən təşkili, yeni mövsümdə yarışlarda iştirak edəcək komandaların formalaşdırılması və digər təşkilati məsələlər klubun administrasiyasına tapşırılmışdır.

Banner