Məşhur argentinalı yenidən futbola dönür

Argentinanın futbol ulduzlarından sayılan Xuan Sebastyan Veron peşəkar karyerasını bərpa edir. Sportline.az xəbər verir ki, o, sahibi olduğu "Estudiantes"in formasını geyinəcək. 2012-ci ildə karyerasını bitirdiyini elan edən Veron bir neçə dəfə geri dönüş etmişdi. 41 yaşlı futbolçu yenidən peşəkar şəkildə yaşıl meydana qayıtmaq qərarına gəlib.