Məşhur döyüşçüdən sərt açıqlama
Gürcü əsilli ispaniyalı UFC döyüşçüsü İlia Topuria Ronaldo haqqında sərt açıqlama verib.
Sportline.az “Cope” nəşrinə istinadən xəbər verir ki, 27 yaşlı döyüşçü jurnalistlərə müsahibəsində Messini Ronaldodan üstün hesab edib.
“Apreldə Mayamidə döyüşmək istəyirəm. Şəxsən Leo Messini oraya dəvət edəcəyəm. Leo var olduğu müddətdə Kriştiano Ronaldonu bir kənara atın. O heç kimə lazım deyil”, - deyə İlia Topuria bildirib.