Məşhur futbolçu "Beşiktaş"ın hədəfində

"Beşiktaş" heyəti gücləndirməyə hazırlaşır.

Sportline.az xəbər verir ki, komanda bu məqsədlə İtaliyaya üz tutub.

İstanbullular "Latsio"nun hücumçusu Çiro İmmobilenin xidmətində maraqlıdırlar.

Bu haqda jurnalist Nikolo Skira X sosial şəbəkəsində məlumat yayıb. 

Onun sözlərinə görə, İstanbul nəhəngi təcrübəli forvarda 2026-cı ilədək müqavilə təklif edib.