Məşhur futbolçu dünyasını dəyişdi

Moskva "Spartak"ının sabiq futbolçusu Vasili Kulkov dünyasını dəyişib.

Sportline.az xəbər verir ki, keçmiş yarımmüdafiəçi 54 yaşında vəfat edib.

Kulkov koronavirusa yoluxmuşdu. Keçmiş futbolçu bu gün onkoloji əməliyyat keçirməli idi. O, reanimasiyada dünyasını dəyişib.

Qeyd edək ki, Vasili Kulkov 1989-cu ildə "Spartak"ın heyətində SSRİ çempionu olub.

O, Portuqaliyada "Benfika" (1993/1994) və "Portu" (1994/1995) ilə də eyni uğura imza atıb.