Məşhur futbolçu Mbappenin heyətdən çıxarılmasını istəyir
Fransa millisinin sabiq futbolçusu Frank Leböf maraqlı açıqlama ilə gündəmə gəlib.
Sportline.az xəbər verir ki, veteran futbolçu Mbappenin start heyətindən çıxarılmasını istədiyini bildirib.
"Düşünürəm ki, Mbappe ilə bağlı ciddi problemimiz var. Əgər zədə üzündən 100 faiz imkanından yararlana bilmirsənsə, oynamasan ondan yaxşıdır. Məlum səbəbdən Kilian qaça da bilmir. Onun əli maskasında qalıb", - deyə Leböf "Get French Football News"a bildirib.
Qeyd edək ki, Mbappenin Avropa çempionatının 1/2 final mərhələsinin İspaniya - Fransa matçında da start heyətində olacağı gözlənilir.