Məşhur futbolçu məşq zamanı öldü

İtaliyanın “Roma” klubunun, kamerunlu sabiq futbolçusu Jozef  Buasse dünyasını dəyişib.

Sportline.az xəbər verir ki, bu il Rumıniyanın “Universitatya Kluj” klubuna keçən 21 yaşlı yarımmüdafiəçi komandanın məşqində infarkt səbəbindən həyatını itirib.

Qeyd edək ki, bu, hadisə, Rumıniya klubunun koronavirus pandemiyasına görə 2 aylıq fasilədən sonra ilk məşqində baş verib.