Məşhur futbolçu qəza törətdi
"Breşiya”nın formasını geyinən Mario Balotelli yeni ilin ilk saatlarında qəzaya düşüb.
Sportline.az xəbər verir ki, ulduz futbolçu yeni il əyləncəsindən evə qayıdarkən qəza törədib.
29 yaşlı hücumçu, öz qarajı qonşusunun qarajını səhv salıb.
Bu zaman qəza baş verib. Futbolçu sərxoş olduğundan maşını qəza yerində qoyaraq evinə gedib.