Məşhur futbolçu zədələnib

"Yuventus"un qapıçısı Canluici Buffon zədələnib.

Sportline.az xəbər verir ki, 43 yaşlı qolkiper belindəki problem səbəbindən A Seriyasının XXVI turunda "Kalyari" ilə matçı buraxıb. Onun yaşıl meydanlara nə vaxt qayıdacağı açıqlanmayıb. Turin təmsilçisi "Kalyari"ni 3:1 hesabı ilə məğlub edib.

Buffon 2001-ci ildə "Parma"dan "Yuventus"a transfer olunub. 2018/2019 mövsümünü Fransa PSJ-sində keçirmiş italiyalı qolkiper daha sonra Turin klubuna qayıdıb.