Məşhur futbolçunun bu çıxışı gündəm oldu

"AVRO-2020"nin seçmə mərhələsinin Bolqarıstan - İngiltərə (6:0) oyununda, yerli azarkeşlərin xoşagəlməz hərəkətləri hələ də müzakirə olunur.

Sportline.az xəbər verir ki, faşist salamı verən bolqar fanatların irqçi hərəkətləri əfsanəvi Xristo Stoiçkova da pis təsir edib.

Bolqar futbolunun əfsanəsi, İspaniyanın TUDN kanalında çıxışı zamanı sərt cəzaların verilməsini istəyib.

"Əlbətdə daha sərt cəzalara ehtiyac var. Bu azarkeqlər stadionlara buraxılmamalı, hətta ağır şəkildə cəzalandırılmalıdı. İngiltərədəki kimi 5 il stadionlara girişlərinə məhdudiyyət qoyulmalıdı ki, insanlar bir daha acı çəkməsin. Siz mənim burda özümü rahat hiss etdiyimi düşünürsünüz?" deyən Stoiçkov göz yaşlarına hakim ola bilməyib.